USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik - Ərdoğan

01.02.2023 Siyasət
11 0
İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik.

Kommersant.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında çıxışı zamanı deyib.

“İsveç, boş yerə çabalama. Mənim müqəddəs kitabımın yandırılmasına icazə verdiyin müddətcə biz sizin NATO-ya üzv olmağınıza “hə” deməyəcəyik. Finlandiyanın NATO-ya üzvlüyü məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. Bunu da belə bilin”, - deyə R.T.Ərdoğan qeyd edib.