USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden zəlzələdən zərər çəkən Türkiyəyə kömək edilməsinə göstəriş verib

07.02.2023 Siyasət
13 3
ABŞ prezidenti Co Bayden ərazisində dağıdıcı zəlzələ baş verən Türkiyəyə, eləcə də ABŞ-ın dəstəklədiyi humanitar təşkilatlar vasitəsilə Suriyaya yardım göstəriləcəyini açıqlayıb.

Kommersant.az-ın məlumatına görə, bu barədə Ağ Evin saytında dərc olunan C.Baydenin açıqlamasında deyilib.

"Administrasiyam NATO müttəfiqimiz olan Türkiyə ilə sıx əməkdaşlıq edir və mən ABŞ tərəfindən dərhal reaksiya verilməsinə icazə vermişəm. Mənim göstərişimlə yüksək rütbəli amerikalı məmurlar koordinasiya etmək və lazımi yardım göstərmək üçün dərhal türkiyəli həmkarları ilə əlaqə saxladılar", - deyə bildirilib.

ABŞ prezidentinin sözlərinə görə, amerikalı xilasedicilər Türkiyədə axtarış işlərinə başlamağa, xəsarət alan və məcburi köçkünlərə kömək etməyə hazır olacaqlar:

"ABŞ-ın dəstəklədiyi humanitar tərəfdaşlar Suriyadakı dağıntılara da cavab verir", - deyə C.Bayden əlavə edib.