USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə matəm elan edildi

07.02.2023 Siyasət
1 14
Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi ilə əlaqədar qardaş ölkədə 7 günlük matəm elan olunub.

Kommersant.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü ilə qədər bütün ölkəmizdə və xarici nümayəndəliklərdə yarıya qədər endiriləcək", - o bildirib.