USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan Rusiyaya alüminium sanksiyaları - Siyahıda 4 şirkət var

24.02.2023 Siyasət
6 0
ABŞ Rusiyada istehsal olunan alüminium və onun törəmələrinə 200 faizlik gömrük rüsumunu tətbiq edəcəyini açıqlayıb. Bəzi şəxslər və təşkilatlar da cəzalandırılacaq.

ABŞ administrasiyası martın 10-dan etibarən Rusiyadan idxal edilən alüminium məhsulları və törəmələrinə 200 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Ağ Evdən verilən açıqlamada ABŞ-ın alüminium idxalına tarifləri tənzimləməyə hazırlaşdığı bildirilib.

Açıqlamada Rusiyanın alüminium sənayesinin ölkənin müdafiə sənayesinin mühüm bir hissəsi olduğu və müharibədə istifadə edilən silah və sursatların tədarükündə mühüm rol oynadığı qeyd edilib.

200 faiz tarif tətbiq olunacaq

Rusiyanın Ukraynada başlatdığı müharibənin qlobal enerji qiymətlərinin artmasına səbəb olaraq ABŞ-ın alüminium sənayesinə birbaşa ziyan vurduğuna diqqət çəkilərək, 10 mart tarixindən etibarən Rusiya alüminium məhsulları və törəmələrinə 200 faiz sanksiya tarifi tətbiq ediləcəyi bildirilib.

Açıqlamada, aprelin 10-dan etibarən Rusiyada ilkin alüminium və əridilmiş və ya tökmə alüminium idxalına 200 faizlik tarif tətbiq ediləcəyi bildirilib.

ABŞ Maliyyə Nazirliyinin Rusiyanın mədən sektoruna qarşı sanksiyaları

Digər tərəfdən, ABŞ Maliyyə Nazirliyi Rusiya-Ukrayna müharibəsinin ilk ilində Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Nazirlikdən verilən açıqlamada Rusiyanın mədən və metal sektorlarının hədəf alındığı halda, 22 nəfərin və 83 təşkilatın sanksiya siyahısına əlavə edildiyi bildirilib.