USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden Rusiyada qadın hüquqlarını tənqid etdi

09.03.2023 Siyasət
29 0
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynada qadın hüquqlarını pozduğunu və təcavüzdən müharibə silahı kimi istifadə etdiyini bildirib.

ABŞ prezidenti Co Bayden Taliban, Rusiya və İranın qadın hüquqlarını pozduğunu bildirib.

Bayden, 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı verdiyi yazılı açıqlamada, Talibanın Əfqanıstanda qız uşaqlarının məktəbə getməsinə icazə vermədiyini, Rusiyanın Ukraynada təcavüzdən müharibə silahı kimi istifadə etdiyini, İrandakı rəhbərliyin qadınlara davamlı təzyiq göstərdiyini bildirib.

Dünyanın bir çox yerində qadın və qızların hüquqlarının pozulmaya məruz qaldığını vurğulayan Bayden deyib:

"Biz bunu Əfqanıstanda görürük, burada Taliban qadınların və qızların məktəbə getməsinə və iş tapmasına mane olur. İranda görürük ki, burada rejim öz azadlıqları uğrunda cəsarətlə müqavimət göstərən qadınların səsini vəhşicəsinə boğur. Rusiyanın Ukraynanı amansız və ədalətsiz işğalı qarşısında biz bunu bütün ukraynalıların insan hüquqları və əsas azadlıqları uğrunda cəsarətlə mübarizə aparan qadınlarının, o cümlədən təcavüzün müharibə silahı kimi istifadə edilməsinin saysız-hesabsız hekayələrində görürük”.

Bayden qadınlar və qızlar üçün bərabər imkanların təşviq edilməsinin hamı üçün təhlükəsizliyi, sabitliyi və rifahı gücləndirəcəyini qeyd edib.

Bayden bildirib ki, Birləşmiş Ştatlar bütün dünyada və ölkədə qadınların hüquqlarını bərqərar etmək üçün çalışır.