USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da qızılca epidemiyası xəbərdarlığı

09.03.2023 Digər
14 8
ABŞ-da dini tədbirə qatılan 20 min insana qızılca xəstəliyinin yayılması ilə bağlı xəbərdarlıq edilib.

ABŞ-ın Kentukki ştatında keçirilən dini tədbirdə təxminən 20 min insana qızılca xəstəliyinə tutulma riski altında ola biləcəyi bildirilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən (CDC) verilən açıqlamada, Kentukki ştatının Wilmore şəhərindəki Asbury Universitetində keçən ay bir xristian qrupu tərəfindən təşkil edilən tədbirə qatılan birinə sonradan qızılca diaqnozu qoyulduğu barədə xəbərdarlıq edilib:

“Əgər 17-18 fevral tarixlərində Asburi Universitetinin iclasında iştirak etmisinizsə və qızılcaya qarşı peyvəndiniz yoxdursa, başqalarını qızılcaya yoluxdurmamaq üçün 21 gün karantində olmalı və simptomlarınızı izləməlisiniz”, - deyə məlumatda bildirilir.

Bəyanatda həmçinin peyvənd olunmamış insanların qızılca, parotit və məxmərək (MMR) əleyhinə peyvənd edilməsi tövsiyə olunub.

Səlahiyyətlilər xəbərdarlıq edir ki, qızılca virusu tənəffüs yolu ilə son dərəcə yoluxucudur və bununla bağlı peyvəndlərin hazırlanmasına baxmayaraq, bütün dünyada bu epidemiyanın, xüsusən də uşaq ölümlərinin əsas səbəbidir.