USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hibrid müharibəsi uzun sürəcək - RUSİYA

30.03.2023 Siyasət
2 0
Kremlin sözçüsü Peskov Rusiyaya qarşı hibrid müharibənin uzun zaman alacağını bildirib.

Kremlin sözçüsü Dmitriy Peskov gündəmdəki məsələlərlə bağlı Moskvada jurnalistlərə açıqlama verib.

Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatı"nın bu il bitib-bitməyəcəyi sualına cavab verən Peskov, "Əgər siz genişmiqyaslı müharibəni nəzərdə tutursunuzsa, bu, düşmən dövlətlər və dost olmayan ölkələrlə münaqişədir. Bu, onların bizə qarşı başlatdıqları hibrid müharibədir" deyib.

Peskov ABŞ-ın təşkil etdiyi Demokratiya Sammitini dəyərləndirib və bu ifadələrdən istifadə edib:

"Dünyanın qondarma demokratiya müəllimi olduğunu iddia edən Amerika tələbələr qiyafəsində bir neçə ölkəni təbliğ etmək üçün bir araya gətirməyə yenidən cəhd edir. Bu dərsdə iştirak etmək istəyənlər var və bu, onların suverenliyidir. Amma dünyanı birinci və ikinci dərəcəli ölkələrə bölmək cəhdləri çoxları tərəfindən təbəssümlə qarşılanır. Bunun çox ciddi hadisə olduğunu söyləmək olmaz”.