Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
Kommersant.az-ın xəbərinə görə, Ceyhun Bayramov bu barədə tviter hesabındakı məlumat verib.
"Azərbaycanla Fələstinin ikitərəfli və çoxtərəfli münasibətlərinin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Böyük qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirirəm", - qeyd olunub.