USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AK Partiyadan Sinan Oğan açıqlaması

17.05.2023 Siyasət
24 4
Sinan Oğanla bağlı AK Partiya üzvü Kurtulmuş, "İkinci turda prezidentimizi dəstəkləyəcəklərini düşünürük" dedi.

Kommersant.az xəbər verir ki, AK Partiya sədr müavini Numan Kurtulmuş Ata Alyansının prezidentliyə namizədi Sinan Oğanla bağlı açıqlamalar verib.

TGRT-də qatıldığı proqramda 14 May seçkiləri ilə bağlı da qiymətləndirmələr edən Kurtulmuş bunları qeyd edib:

"Xalq Alyansının aldığı səs nisbəti möhtəşəm uğurdur. Bütün seçicilərimizə təşəkkür edirik. Yüksək iştirak vacibdir. Seçki axşamından sonra son dərəcə yetkin münasibət özünü büruzə verdi.

İndi bir daha Sinan bəyi təbrik etmək lazımdır. Əhəmiyyətli səsvermədir. Səsvermə kütləsinin əsas xüsusiyyəti Türkiyənin parçalanmasının əleyhinə olan uğurlu kütlədir. HDP-nin ayrı-seçkilik yaradan ifadələr işlətməsi, CHP-nin israrlı muxtariyyət danışması, Apo əleyhinə şüarlar səsləndirməsi, terror baronlarının məhbuslarını həbsxanalardan azad edəcəklərini bilirik. Ona görə də düşünürük ki, ikinci turda onlar prezidentimizi dəstəkləyəcəklər”.