USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kılıçdaroğlu prezident Ərdoğanı məhkəməyə verib

24.05.2023 Siyasət
48 29
CHP sədri Kamal Kılıçdaroğlunun vəkili Cəlal Çelik, montaj edilən video ilə bağlı açıqlamalarına görə prezident Ərdoğana qarşı 1 milyon TL təzminat iddiası qaldırdığını açıqlayıb.

Kommersant.az xəbər verir ki, Ərdoğan qatıldığı canlı yayımda Kılıçdaroğlunun PKK idarəçiləri ilə birgə çəkildiyi montaj videosu ilə bağlı "Kılıçdaroğlunun Qəndildə xalqla videosu var. Amma montaj, amma o, amma bu" ifadələrini işlədib.

'Təhsil təqaüdü olaraq paylanacaq'

Çelik açıqlamasında bu ifadələrdən istifadə edib:

“Cənab prezidentimiz və 13-cü prezidentimiz Kamal Kılıçdaroğlunun göstərişinə əsasən, Türk tarixi və mədəniyyəti ilə eyniləşdirilən “Mert ilə Mübarizə”nin etik dəyərindən bixəbər olan, montajçı başı Ərdoğanı şəxsiyyətinin dəyərini aşaraq 1 milyon TL təzminatla məhkəməyə verdik. Təzminatı şəhidlərimizin övladlarına təhsil təqaüdü olaraq paylayacağıq".