ABŞ prezident administrasiyasının nümayəndəsi Karine Jean-Pierre Kiyevin Rusiyadakı yaşayış məntəqələrinə və obyektlərinə hücumları ilə bağlı Ağ Evin rəsmi mövqeyini açıqlayıb.
Kommersant.az xəbər verir ki, mayın 30-da jurnalistlər Ağ Evin mətbuat katibi Karine Jean-Pierre-dən ABŞ-ın Ukraynanın pilotsuz təyyarələrinin Moskva və Moskva bölgəsindəki hədəflərə hücumlarına münasibəti ilə bağlı sual veriblər. Co Bayden administrasiyasının sözçüsü bildirib ki, ABŞ Rusiya daxilində hücumlar üçün ABŞ istehsalı olan texnologiyadan istifadəni dəstəkləmir.