Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirib ki, ABŞ hakimiyyəti ABŞ və Çin müdafiə nazirliklərinin rəhbərləri arasında ünsiyyət üçün şərait yaratmalı və səhvlərini düzəltməlidir.
Kommersant.az xəbər verir ki, bu şərh Çinin müdafiə naziri Li Şanqunun Şanqri-La Dialoq konfransında Pentaqon rəhbəri Lloyd Ostinlə görüşə bilməməsindən sonra verilib. The Wall Street Journal yazıb ki, Ostinin istəyi Çin tərəfindən rədd edilib.