USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-dən viza imtinaları ilə bağlı bəyanat

09.06.2023 Siyasət
21 3
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anita Hipper bildirib ki, Türkiyədən Şengen vizası üçün müraciətlərin rədd nisbətinin artması təkcə Türkiyəyə xas deyil.

Kommersant.az xəbər verir ki, Hipper gündəlik mətbuat konfransında Türkiyədən Şengen vizası müraciətlərinin rədd nisbətinin artmasının səbəbləri ilə bağlı sualını cavablandırıb.

Anita Hipper, "Açığını deyim ki, bu mənada Türkiyə ilə bağlı xüsusi bir vəziyyət yoxdur" deyib.

Digər tərəfdən, Kovid-19 epidemiyası səbəbiylə viza qiymətləndirmə proseslərində gecikmələr olduğunu ifadə edən Hipper, "Bu günlərdə tələbat yenidən artır. Bu, bəzən viza prosedurlarına təsir göstərə bilər. Ancaq təkrar etmək istərdim bu, Türkiyəyə xas deyil".