Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin 7 ildən sonra rəsmən yenidən fəaliyyətə başladığı bildirilir.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Səudiyyə Ərəbistanının İranın paytaxtı Tehrandakı səfirliyi avqustun 6-dan etibarən rəsmi olaraq fəaliyyətə başlayıb. Mövzu ilə bağlı Səudiyyə Ərəbistanından hələlik heç bir açıqlama verilməyib.
Münasibətlər edamla gərginləşdi
2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib.
Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası yandırılıb.