USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yüz minlərlə venesuelalı üçün müvəqqəti qorunma statusu qərarı

21.09.2023 Siyasət
42 0
İyulun sonuna kimi ABŞ-a daxil olan yüz minlərlə venesuelalıya müvəqqəti qorunan statusun verilməsi qərara alınıb.

ABŞ Daxili Təhlükəsizlik Departamenti, iş imkanlarını asanlaşdırmaq üçün iyulun 31-dək ölkəyə daxil olan yüz minlərlə venesuelalıya müvəqqəti qoruma statusu verməyə qərar verib.

Göstərilən tarixdən əvvəl ölkəyə daxil olmuş 472 min Venesuela vətəndaşı bu statusu almaq üçün müraciət etməlidir.

ABŞ Daxili Təhlükəsizlik Naziri Alejandro Mayorkas da hazırda ABŞ-da müvəqqəti himayə altında olan 242 min 700 venesuelalının bu statusunu "Venesuelada təhlükəsizliyin olmaması səbəbindən" 18 ay müddətinə uzatmağa qərar verdiklərini açıqlayıb.

Son 10 ildə Venesuelada baş verən siyasi, iqtisadi və humanitar böhranlar səbəbindən təxminən 7,3 milyon insan başqa ölkələrə miqrasiya edib.