Rusiya Cənubi Kipr Rum Administrasiyasına (GCASC) rusiyalı jurnalistin saxlanılması və rus diplomatın yaralanması ilə bağlı nota göndərib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Kipr Rum Administrasiyasının “Moskva səfiri” Kipros Yorqalisin nazirliyə çağırıldığı bildirilib.
Açıqlamaya görə, Rusiyanın notası “Rossiyskaya qazeta”nın müxbiri Aleksandr Qasyukun Cənubi Kipr Rum İdarəsində saxlanılması və Rum Səfirliyində çalışan diplomatın təhlükəsizlik qüvvələri tərəfindən yaralanması səbəbindən Yorqalisə çatdırılıb.
Yorqalisə məlumat verilib ki, rusiyalı jurnalistin dərhal azadlığa buraxılması və hadisə ilə bağlı rəsmi üzr istənilməsi gözlənilir:
“Bu təxribatın təşkilində Qərb kəşfiyyat orqanlarının əli olduğunu düşünmək üçün əsaslar var”, - deyə bəyanatda deyilir.