USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail Qəzzada Milli İslam Bankını vurdu

08.10.2023 Siyasət
0 0
İsrailin Qəzzada Milli İslam Bankını vurduğu bildirilib. Bombardmandan sonra ərazidə yanğın başlayıb.

Yerli mənbələrdən alınan məlumata görə, İsrail döyüş təyyarələri Qəzzanın mərkəzindəki Ər-Rimal rayonundakı Milli İslam Bankının qərargahını vurub.

Hücum yerinə yaxın vətəndaşlara məxsus ev və mülklərə böyük ziyan dəyib, bombardman nəticəsində bölgədə yanğın baş verib.

Qəzzadakı Fələstin banklarından biri olan Milli İslam Bankı Mərkəzi Bank kimi fəaliyyət göstərən Fələstin Valyuta Təşkilatına bağlı olmayan Həmas tərəfindən idarə olunan bir strukturdur.

Nə olub?

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları dünən səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.