USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ İsrailə müdafiə dəstəyini artırıb

10.10.2023 Siyasət
0 0
ABŞ Müdafiə Nazirliyi (Pentaqon), hava hücumundan müdafiə sistemləri və sursat da daxil olmaqla, İsrail-Fələstin münaqişəsi səbəbindən İsrailə müdafiə dəstəyini artırdıqlarını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), hava hücumundan müdafiə sistemləri və sursat da daxil olmaqla, İsrail-Fələstin münaqişəsi səbəbindən İsrailə müdafiə dəstəyini artırdıqlarını açıqlayıb.

Adının açıqlanmasını istəməyən yüksək rütbəli Pentaqon rəsmisi İsrail və Fələstindəki son vəziyyətlə bağlı jurnalistlərə açıqlama verib.

Bayden administrasiyasının İsraillə təmaslarını davam etdirdiyini və ən təcili ehtiyacları müəyyənləşdirməyə çalışdığını bildirən rəsmi, "İlk növbədə İsrailin müdafiəsinə dəstəyimizi artırırıq. Buraya hava hücumundan müdafiə sistemləri və sursat daxildir" deyib.

İsrailə lazım olan sursatları ən qısa zamanda çatdırmaq üçün çalışdıqlarını qeyd edən səlahiyyətli, İsrailin tələb etdiyi bəzi materialları daşıyan təyyarələrin yolda olduğunu vurğulayıb.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.