USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail də dənizdən Qəzzaya hücum etməyə başlayıb

10.10.2023 Siyasət
0 0
HƏMAS-ın hücumlarından sonra Qəzza zolağına hücum edən İsrail də dənizdən bölgəyə hücum etməyə başlayıb.

Bildirilib ki, İsrail donanmasının hücum katerləri dənizdən Qəzza zolağının Aralıq dənizi sahilindəki mərkəzi hissələrini və Xan Yunus şəhəri sahilindəki yaşayış məntəqələrini vurub.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrailin hücum qayıqlarından şəhərin sahilyanı ərazilərinə onlarla raket atılıb.

İsrail döyüş təyyarələri Aralıq dənizi şəhərlərindən biri olan Qəzza zolağına gecə boyu fasiləsiz hava hücumlarını davam etdirərkən, bu dəfə şəhərin mərkəzi hissələri və Xan Yunus şəhərinin sahil bölgələrindəki yaşayış məntəqələri dənizdən atılan raketlərin hədəfinə çevrilib.

İnsan tələfatı, yaralananlar və maddi tələfatla bağlı hələlik heç bir açıqlama verilməyib.