USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Senatorlar İranın aktivlərinin yenidən dondurulmasını tələb edir

10.10.2023 Siyasət
0 0
ABŞ-ın bir qrup respublikaçı senatoru Tehran və Vaşinqton arasında məhbus mübadiləsi çərçivəsində azad edilən İranın təxminən 6 milyard dollarlıq valyuta ehtiyatlarının yenidən dondurulmasını istəyib.

ABŞ Senatında Respublikaçı Marşa Blekbernin başçılıq etdiyi 20 senator ABŞ prezidenti Co Baydenə ünvanladığı məktubda sentyabr ayında Cənubi Koreya hesablarından çıxarılan və transfer edilən təxminən 6 milyard dollarlıq valyuta ehtiyatının yenidən dondurulmasını istəyib.

İsraili dəstəklədiklərini vurğulayan senatorlar, İranın "terrorizmi ən çox dəstəkləyən dövlət" olduğunu iddia edərək, "Wall Street Journal" qəzetinin "İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı hücumlar planlaşdırmaq üçün Həmas ilə işləyir" iddiasına yer verib.

Senatorlar, sözügedən pulun "İran və ya Həmas tərəfindən İsrailə qarşı səylərini davam etdirmək üçün istifadə edilə biləcəyi" baxımından əhəmiyyətli bir risk olduğunu iddia ediblər.

Senatorlar ABŞ Dövlət Departamentindən İranın bu fondlarına çıxışı məhdudlaşdırmağı tələb edib, həmçinin qeyd ediblər ki, Tehran ən ağır sanksiyalara məruz qalmalıdır.

Nümayəndələr Palatasının keçmiş spikeri Kevin MakKarti də dünən Bayden administrasiyasını sözügedən vəsaiti yenidən dondurmağa çağırıb.