Türk Hava Yolları (THY) mövcud vəziyyətlə əlaqədar İsrailə uçuşları dayandırıb.
THY-nin mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında etdiyi paylaşımda uçuşların dayandırıldığını bildirərək, “İsraildəki mövcud vəziyyətə görə uçuşlarımız növbəti xəbərdarlığa qədər dayandırıldı” deyib.