Mühasirəyə alınan Qəzza zolağına edilən hücumlarla bağlı İsrailin müdafiə naziri Yoav Gallant, "Bütün məhdudiyyətləri aradan qaldırdım. Bölgəni nəzarət altına aldıq və indi tam hücuma başlayırıq" deyib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, Gallant Qəzzadakı vəziyyəti dəyərləndirərkən, HƏMAS-ın "peşman olacağını", Qəzzanın isə "heç vaxt əvvəlki kimi olmayacağını" bildirib.
Gallant, "Mən bütün məhdudiyyətləri qaldırdım. Biz ərazini (Qəzza zolağının sərhədi) nəzarətə götürdük və indi tam hücuma keçirik" deyib.