ABŞ-ın maliyyə naziri Janet Yellenin bu həftə San-Fransiskoda Çin baş nazirinin iqtisadi əlaqələrdən məsul müavini Hı Lifinqlə görüşəcəyi bildirilib.
ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Yellenin 9-10 noyabr tarixlərində Kaliforniya ştatının San-Fransisko şəhərində Çin Baş nazirinin müavini Hini qəbul edəcəyi qeyd edilib.
Bəyanatda iki günlük ikitərəfli danışıqların ABŞ və Çin arasında ikitərəfli iqtisadi əlaqələrin sabitləşdirilməsi və əsas iqtisadi məsələlərdə irəliləyiş əldə edilməsi məqsədilə diplomatik gedişatın intensivləşdiyi bir vaxtda baş tutacağı və danışıqların Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Maliyyə Nazirləri Toplantısından dərhal əvvəl keçiriləcək.
Açıqlamada, görüşlərin ABŞ prezidenti Co Baydenin ötən ilin noyabrında Çin Dövlət Başçısı Xi Jinping ilə görüşündən sonra Yellen tərəfindən iki ölkə arasında iqtisadi ünsiyyət kanallarının dərinləşdirilməsi istiqamətində atılan addımların ardınca keçirildiyi bildirilib.