USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail-Həmas razılaşmasının təfərrüatları bəlli olur

21.11.2023 Siyasət
0 0
Həmas lideri Haniyə İsraillə atəşkəs razılaşmasına yaxın olduqlarını açıqlayıb. Gözlənilən razılaşmanın təfərrüatları aydınlaşmağa başlayıb.

İsraillə HƏMAS arasında atəşkəs razılaşması və girov mübadiləsinə cəhdlə bağlı yeni açıqlamalar verilib.

Həmas lideri İsmayıl Haniyə məsələ ilə bağlı verdiyi açıqlamada İsraillə "atəşkəs razılaşması əldə etməyə yaxın olduqlarını" bildirib. Haniyə HƏMAS-ın cavabının Qətər vasitəçilərinə çatdırıldığını da açıqlayıb.

Əl-Cəzirə televiziyasına danışan Həmas rəsmisi İssat ər-Rəşik hər iki tərəfin qadın və uşaqları azad edəcəyini, detalları isə danışıqlarda vasitəçilik edən Qətər tərəfindən açıqlanacağını bildirib. Əl Raşik, mümkün atəşkəsin müddətinin danışıqlarda diqqət mərkəzində olan məsələlər arasında olduğunu bildirib.

AFP-yə AB və ABŞ-ın terror təşkilatları siyahısında olan Həmas və 7 oktyabr hücumlarında iştirak edən digər Fələstinin təşkilatı İslami Cihaddan olan mənbələrdən verilən məlumata görə, hər iki qrup atəşkəs razılaşmasının şərtlərini qəbul edib.