Rusiya Maliyyə Naziri Siluanov ölkəsinin iqtisadiyyatda qlobal oyunçu olduğunu ifadə edərək, bu il Rusiya iqtisadiyyatında 3 faizlik artım gözlədiklərini və bunun aşılmasının mümkün olduğunu bildirib.
Rusiya Maliyyə Naziri Anton Siluanov, Rusiya hökumətinə bağlı Maliyyə Universiteti tərəfindən təşkil edilən "Rusiya və Dünya: Yeni divarlar, yoxsa yeni qaydalar?" forumunda çıxış edib.
İqtisadi müstəqilliyin əhəmiyyətli bir mövzu olduğunu və buna sərmayə qoyacaqlarını vurğulayan Siluanov, "Məsələn, 2014-cü ildən bəri tətbiq edilən sanksiyalar bizi ərzaq təhlükəsizliyimizi təmin etməyə gətirib çıxardı" dedi.
Rusiyanın iqtisadiyyatda qlobal oyunçu olduğunu izah edən Siluanov, "Rusiya qlobal iqtisadi oyunçudur və bundan qaçış yoxdur. Müştəri olduğumuz bütün ölkələrin bunu anlaması lazımdır" deyib.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, bu ilin ilk 9 ayında Rusiya iqtisadiyyatı 2,8-2,9 faiz artıb.