Dünyanın ən böyük gübrə istehsalçılarından biri olan Rusiyanın Uralchem şirkəti Latviya limanından Nigeriyaya "pulsuz" gübrə daşınmasının yola düşdüyünü bildirib.
Uralchem Group tərəfindən edilən şərhdə, şirkətin beşinci dəfə Afrikaya cəmi 134 min ton pulsuz gübrə göndərdiyi ifadə edildi.
Açıqlamada, bir müddət əvvəl Nigeriyaya 34 min ton gübrə göndərildiyi, gübrə yüklü gəminin Latviya limanından yola düşdüyü bildirilib.
Rusiya prezidenti Vladimir Putin iyulun 27-də verdiyi açıqlamada bəzi Afrika ölkələrinə kənd təsərrüfatı məhsullarını pulsuz göndərəcəklərini bildirib.
Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev də noyabrın 17-dən Afrikanın bəzi ölkələrinə taxıl daşınmasına başladığını açıqlayıb.