USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin martın ortalarından əvvəl Türkiyəyə gəlməyəcək

27.02.2024 Siyasət
0 0
Kreml Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin martın ortalarında keçiriləcək seçkilərdən əvvəl baş tutmayacağını açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

Putinin Türkiyəyə səfərinin tarixi ilə bağlı sualı cavablandıran Peskov Putin və prezident Rəcəb Tayyib Ərdoğanın sıx iş qrafikinin olduğuna diqqət çəkib.

Peskov, "Səfər seçkiyə qədər (15-17 mart) baş tutmayacaq. Putinin seçkiyə qədər sıx və gərgin qrafiki var. Ərdoğanın da qrafiki kifayət qədər sıxdır. Bununla belə, yüksək səviyyəli təmaslara hazırlıq görülür".

Bu təmaslar həm “Liderin proqramına uyğun olaraq baş tutacaq” dedi.