USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden Qəzzada atəşkəs üçün tarix verdi

27.02.2024 Siyasət
0 0
İsrailin hücumlarını davam etdirdiyi Qəzzada atəşkəsə çox yaxın olduqlarını ifadə edən ABŞ prezidenti Bayden, "Ümid edirəm ki, gələn bazar ertəsi günü atəşkəs əldə olunacaq" deyib.

İsrailin Qəzzaya oktyabrın 7-də başlayan hücumları davam edir. 30 minə yaxın itki verən bölgədə atəşkəs danışıqları davam edir.

ABŞ prezidenti Co Bayden də məsələ ilə bağlı açıqlamasında Qəzzada atəşkəsin çox yaxın olduğunu və gələn bazar ertəsi atəşkəsin əldə oluna biləcəyini bildirib.

ABŞ prezidenti Bayden Nyu Yorka səfəri zamanı gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

Qəzzada atəşkəsin nə vaxt əldə oluna biləcəyi ilə bağlı suala Bayden, "Ümid edirəm ki, bu həftənin sonuna qədər Milli təhlükəsizlik müşavirim dedi ki, biz çox yaxınıq, amma bunu hələ tamamlamamışıq. Ümid edirəm ki, atəşkəs (Qəzzada) gələn bazar ertəsinə qədər əldə olunacaq”, - deyə o cavab verib.