USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bolqarıstan və Rumıniya indi Şengen zonasındadır

01.04.2024 Siyasət
0 0
Bolqarıstan və Rumıniya Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına daxil edilib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen X-də etdiyi şərhdə Bolqarıstan və Rumıniyanın Şengenə qoşulduğunu və bu gündən etibarən hava və dəniz sərhədlərinə nəzarətin ləğv edildiyini açıqladı.

Von der Leyen bunun bütün Avropada milyonlarla Aİ vətəndaşına fayda verəcəyini və Şengen zonasını daha da gücləndirəcəyini bildirib.

Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson da növbəti mərhələdə quru sərhədlərində nəzarətin aradan qaldırılacağını və bunun il boyu üzv dövlətlər arasında danışıqlarda müzakirə ediləcəyini bildirib.

Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olub.

Avstriya qeyri-qanuni miqrasiyanın arta biləcəyindən narahat olaraq uzun müddətdir ki, iki ölkənin Şengenə daxil edilməsinə qarşı çıxıb. Razılaşma ötən ilin sonunda əldə olunub.