ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynada kimyəvi silahdan “müharibə vasitəsi” kimi istifadə etməkdə ittiham edib və 280-dən çox insan və qurumu sanksiyalar siyahısına əlavə edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller yazılı açıqlamasında ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını açıqlayıb.
Miller açıqlamasında Moskvanı Ukraynada kimyəvi silahı döyüş alətinə çevirməkdə və bu ölkədəki müharibədə “xloropikrin” kimyəvi silahından istifadə etməkdə ittiham edib.
Bunun Kimyəvi Silahlar Konvensiyasının açıq şəkildə pozulması olduğunu ifadə edən Miller, "Xarici İşlər Nazirliyi, Rusiyanın Ukraynada Kimyəvi və Bioloji Silahlar Qanunu çərçivəsində "xloropkin" kimyəvi silahından istifadə etdiyi və Kimyəvi Silahları pozduğu qənaətinə gəlib" dedi.
Miller, bu kontekstdə həm ABŞ Dövlət Departamenti, həm də ABŞ Maliyyə Nazirliyi 280 şəxs və qurumun Rusiyanın kimyəvi silah avadanlığı və məhsullarının tədarükündə rol oynadıqları səbəbiylə sanksiya siyahısına əlavə etdiyini bildirib.
Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın bu iddialarını rədd edib və sözügedən bəyanatın əsassız olduğunu bildirib.