USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Rusiyanın aktivlərinə həbs qoyulması ilə əlaqədar təzminat tələbindən qorxur

03.05.2024 Siyasət
0 0
FT: Aİ qorxur ki, Rusiya aktivlərinin müsadirəsi təzminat tələblərinə səbəb olacaq.

Bəzi ölkələrin rəsmiləri Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinin təzminat üçün yeni tələblərə səbəb olacağından ehtiyat edir. Bu barədə Financial Times (FT) məlumat yayıb.

Qəzet qeyd edir ki, “Bəzi Avropa rəsmiləri belə bir addımın iki dünya müharibəsindən sonra Almaniya ilə olan mübahisələr, eləcə də keçmiş müstəmləkələrin keçmiş imperialist güclərə qarşı iddiaları kimi illərlə davam edən mübahisələrdən qaynaqlanan təzminat tələblərinin çoxalmasına səbəb olacağından qorxur”.

Yeddilik Qrupu (G7) ölkələri də mümkün cavab səbəbilə dondurulmuş Rusiya aktivlərinin tam müsadirəsindən geri çəkilib.