USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənubi Koreyadan Şimala yeni cavab

10.06.2024 Siyasət
0 0
Şimali Koreyanın Cənubi Koreyanın sərhəd bölgələrinə zibil daşıyan daha 310 şar göndərdiyi bildirilib. Cənubi Koreya cavab olaraq sərhəd bölgəsində nəhəng təbliğat səsgücləndiriciləri quraşdırıb.

Şimali Koreyadan son günlər bölgədə artan gərginliyi daha da artıracaq başqa bir addım atılıb. Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimali Koreyanın Cənubi Koreyanın sərhəd bölgələrinə zibil daşıyan daha 310 şar göndərdiyi bildirilib. Səlahiyyətlilər əhaliyə şarlar vasitəsilə göndərilən şübhəli maddələrə toxunmamaq barədə xəbərdarlıq edib.

Cənubi Koreya ordusu Şimali Koreyanın davam edən hava şarına qarşı hərəkətə keçib. Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada 2016-cı ildən sonra ilk dəfə olaraq sərhəd bölgəsində təbliğat yayımlayan nəhəng dinamiklərin yenidən quraşdırıldığı qeyd edilib.

"Səsgücləndiricilər vasitəsilə yayımların davam edib-etməyəcəyi Şimali Koreyanın hərəkətlərindən asılıdır" deyən bəyanatda, "Şimali Koreyanı zibil daşıyan şarların göndərilməsi kimi alçaq hərəkətləri dərhal dayandırmağa çağırırıq" ifadəsi əlavə edilib.

Kim Çen Inın bacısı etiraz etdi

Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq da yazılı açıqlamasında Cənubi Koreyanın sərhəd bölgəsində səsgücləndiricilərlə təbliğat aparmasına sərt reaksiya verib.