USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BVF-nin Suriya ilə bağlı açıqlaması: Biz dəstək verməyə hazırıq

23.05.2025 Siyasət
0 0
Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Julie Kozack, Suriyanın yeni iqtisadi administrasiyası ilə faydalı danışıqlar apardıqlarını və beynəlxalq səyləri dəstəkləməyə və ölkənin iqtisadi reabilitasiyası üçün texniki yardım göstərməyə hazır olduqlarını söylədi.

Suriya ilə bağlı sualları cavablandıran Kozack, ölkədəki prosesləri yaxından izlədiklərini bildirib.

Kozak, BVF işçilərinin şərtlərin imkan verdiyi kimi Suriyanın iqtisadi reabilitasiyasına kömək etmək üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməyə hazır olduqlarını və Suriyanın yeni iqtisadi administrasiyası ilə "faydalı" görüşlər keçirdiklərini söylədi.

Kozak BVF işçilərinin Suriya iqtisadiyyatını yenidən anlamaq üçün işlərə başladığını və bu işi Suriya rəsmiləri ilə təmaslar və digər maraqlı tərəflərlə koordinasiyalı şəkildə həyata keçirdiklərini qeyd edib.

“Biz texniki yardım göstərməyə hazırıq”
Suriya ilə 4-cü maddə üzrə son məsləhətləşmənin 2009-cu ildə keçirildiyini xatırladan Kozak deyib: "Suriya iqtisadi institutlarını yenidən qurmaq üçün əhəmiyyətli dəstəyə ehtiyac duyacaq. Biz öz təcrübəmiz sahələrində məsləhətlər verməyə və məqsədli və yaxşı prioritetləşdirilmiş texniki yardıma hazırıq".