ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya hücumlarına "Rusiyaya qarşı daha çox sanksiya tətbiq etməyi düşünürəm. Putinin gördüyü işlərdən məmnun deyiləm, həddən artıq çox insan öldürülür" deyə cavab verib. deyərək reaksiya verib.
ABŞ prezidenti Donald Tramp Vaşinqtona qayıtmağa hazırlaşarkən Nyu Cersi ştatının Morristown hava limanında jurnalistlərə açıqlama verib.
Tramp Rusiyanın həftə sonu Ukraynanı intensiv bombardman etməsindən sonra kədərini ifadə edib. Tramp Rusiya prezidenti Vladimir Putin haqqında "Mən Putinin gördüyü işlərdən razı deyiləm. Çox adam öldürülür. Bilmirəm, ona nə olub. Ona nə olub? O, çox adam öldürür. Bundan məmnun deyiləm. Mən həmişə Putinlə anlaşmışam, amma indi o, şəhərlərə raketlər göndərir və insanları öldürür. Bu, heç xoşuma gəlmir" deyib.
Nə baş vermişdi?
Rusiya başda paytaxt Kiyev olmaqla Ukrayna şəhərlərinə 367 pilotsuz təyyarə və raket hücumu təşkil edib. Bu, hücum zamanı ən böyük hava hücumu kimi qeydə alınıb. Hücumlar nəticəsində azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.