USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp FED sədri Pauellə görüşüb

29.05.2025 Siyasət
0 0
ABŞ prezidenti Tramp və FED sədri Pauel Ağ Evdə görüşüb. Görüşdə artım, məşğulluq və inflyasiya kimi iqtisadi mövzular müzakirə edilib.

ABŞ Mərkəzi Bankı (FED) sözügedən görüşün ABŞ prezidenti Trampın Pauella dəvəti ilə keçirildiyini açıqlayıb.

Pauellin Ağ Evdə Trampla görüşərək böyümə, məşğulluq və inflyasiya kimi iqtisadi inkişafları müzakirə etdiyi ifadə edilən açıqlamada, "Siyasət kursunun bütünlüklə daxil olan iqtisadi məlumatlardan asılı olacağını və bunun perspektiv üçün nə ifadə edəcəyini vurğulamaqdan başqa, başqan Pauell pul siyasəti ilə bağlı gözləntilərinə toxunmayıb"

Açıqlamada, Pauellin Federal Açıq Bazar Komitəsində (FOMC) həmkarları ilə birlikdə qanunun tələb etdiyi kimi maksimum məşğulluğu və qiymət sabitliyini dəstəkləmək üçün pul siyasətini təyin edəcəklərini və bu qərarları yalnız “diqqətli, obyektiv və siyasi olmayan” təhlillərə əsaslanaraq verəcəklərini söylədiyi bildirilib.

Fed sədri Pauel uzun müddətdir ki, Bankın izlədiyi pul siyasətinə görə ABŞ prezidenti Trampın tənqid hədəfinə çevrilib.

Tramp son olaraq FED-in uçot dərəcəsini dəyişməz saxlamasından sonra verdiyi açıqlamada FED sədri Paueli “bilməyən bir axmaq” kimi təsvir etdi.