USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan ilk: Qərbə qarşı Çinlə yaxınlaşma davam edir

13.11.2025 Siyasət
0 0
Rusiya Maliyyə Nazirliyi ilk dəfə yuanla borc alacaq.

Rusiya Maliyyə Nazirliyi Rusiya dövlət istiqrazlarının (OFZ) ilk dəfə yuanla buraxılacağını açıqladı.

Rusiya Maliyyə Nazirliyi dekabr ayına planlaşdırılan OFZ buraxılışını ətraflı izah edən bir açıqlama yayımladı.

Rusiyanın ilk dəfə yuanla borc alacağına işarə edən açıqlamada deyilirdi: "Rusiya Federasiyası dövlət istiqrazlarının ilk yuanla buraxılışının həcmi və kupon dərəcələri 2 dekabr 2025-ci ildə keçiriləcək kitab hazırlama prosesinin nəticələrinə əsasən müəyyən ediləcək. Texniki buraxılış 8 dekabr 2025-ci ildə planlaşdırılır".

Yuanla OFZ buraxılışı ilə bağlı məsləhətləşmələr ölkədə 2015-ci ildən bəri davam edir və Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalardan sonra geniş vüsət alıb.

Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, sanksiyalar səbəbindən beynəlxalq mənbələrdən borc ala bilməyən Rusiya dost ölkələrin valyutalarında OFZ buraxmağa hazırlaşır.

  • Əvvəlki

    Putin ABŞ maliyyə nəhənginin Rusiyadakı aktivlərinin satışını təsdiqlədi

Digər xəbərlər