Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 62,51 dollara satılır.
Dünən 65.02 dollara yüksələn Brent markalı neftin qiyməti günü 62.53 dollardan bağladı. Bu gün səhər saat 9:36-ya olan məlumata görə, Brent markalı neftin qiyməti bağlanış qiyməti ilə müqayisədə 0.03 faiz azalaraq 62.51 dollara düşüb. Eyni zamanda, Qərbi Texas Aralıq nefti (WTI) bir barel üçün 58.43 dollardan ticarət edilib.
Qlobal təklifin bərpa olunması və tələbat proqnozunun zəifləməsi ilə bağlı artan qavrayışlar fonunda neft qiymətləri azalmağa davam edir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dünən aylıq neft bazarı hesabatında qrupun gündəlik xam neft hasilatının oktyabr ayında əvvəlki aya nisbətən 33.000 barel artaraq 28.46 milyon barelə çatdığını bildirib.
Qlobal neft tələbatının bu il ötən illə müqayisədə 1.3 milyon barel artaraq 105.14 milyon barelə, gələn il isə 1.38 milyon barel artaraq 106.52 milyon barelə çatacağı proqnozlaşdırılır. Bazarlar Beynəlxalq Enerji Agentliyinin (BEA) bu gün açıqlayacağı neft bazarı hesabatını diqqətlə izləyəcək.
Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-dan gələn zəif tələb siqnalları da qiymətlərə aşağı təzyiq göstərir.
Amerika Neft İnstitutu (API) kommersiya xam neft ehtiyatlarının ötən həftə 1,3 milyon barel artdığını təxmin edib. Bazar gözləntiləri 1,7 milyon barel artım idi. ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu gün daha sonra rəsmi ehtiyat məlumatlarını açıqlayacaq.
Bundan əlavə, EIA-nın ABŞ-da xam neft istehsalının artdığını göstərən "2025-ci ilin noyabr ayı üçün qısamüddətli enerji proqnozu" qiymətlərə təsir edən başqa bir amil halına gəlib.
Dərc olunan məlumatlar neft qiymətlərinin aşağı istiqamətli hərəkətini dəstəkləyir və qlobal bazarlarda təklif tərəfində bərpanın davam etdiyini, tələb tərəfində isə zəifliyin özünü göstərdiyini göstərir.