USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Parisdəki Luvr Muzeyində etiraz: Ziyarətlər dayandırılıb

27.01.2026 Siyasət
0 0
Fransanın paytaxtı Parisdəki məşhur Luvr Muzeyi işçilərinin etiraz səbəbindən ziyarətçilər üçün bağlanıb.

Luvr Muzeyi ABŞ-da yerləşən X şirkətinə məxsus rəsmi sosial media hesabında etiraz səbəbindən muzeyin bu gün ziyarətçilər üçün bağlanacağını açıqladı. Bəyanatda qeyd olunur ki, bu günkü ziyarət üçün bilet alanlar tam geri ödəniş alacaqlar.

Luvr Muzeyinin işçiləri iş şəraiti və təhlükəsizlik problemləri səbəbindən ötən ilin dekabr ayından bəri fasilələrlə etiraz keçirirlər.

İşçilərin tətilləri səbəbindən Luvr Muzeyi 2025-ci ilin dekabr ayından bəri cəmi dörd gün ziyarətçilər üçün bağlanıb.

Tarixi əsərlər oğurlanıb

Hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35.000 əsər nümayiş etdirən Parisdəki dünyaca məşhur Luvr Muzeyi 19 oktyabr 2025-ci ildə qarət edilib.

Soyğun zamanı Apollo Qalereyası kimi tanınan Kral Zərgərliklərinin nümayiş olunduğu bölmədən doqquz "qiymətsiz" əsər oğurlanıb. Oğruların qaçarkən yerə atdığı güman edilən III Napoleonun həyat yoldaşı İmperatriça Yevgeniyaya məxsus tac daha sonra muzeyin xaricində zədələnmiş vəziyyətdə tapılıb. Səkkiz tarixi dəyərli zinət əşyası ilə qaçan dörd oğru tərəfindən həyata keçirilən soyğunçuluq cəmi yeddi dəqiqə davam edib.