USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kəmaləddin Heydərovun iki müavini vəzifəsindən azad edildi

23.02.2026 Siyasət
0 0
General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad ediliblər.

Kommersant.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib.

Belə ki, Orucəli Hacıyev və Etibar Mirzəyevin adları nazirliyin rəsmi internet səhifəsindəki rəhbərlik bölməsindən silinib.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin saytında general-leytenant Rəfail Mirzəyev 1-ci müavin, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Tapdıq Əmiraslanov və Adil Abdullayevin isə müavinlər olaraq göstərilib.