USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"RabitəBank" və "Kommersant" arasında olanlar - TƏFƏRRÜAT

07.03.2023 Problemli Banklar
0 0
Ötən gün “RabitəBank”ın yeni “mətbuat xidməti”ylə bağlı gedən xəbər günün ən çox oxunan və doğrusu, ən çox reaksiya alan xəbəri oldu.

Kommersant.az xəbər verir ki, xüsusən bank sektorundan gələn suallar, hər kəsin məsələnin kökündə nə olduğuna olan marağı boynumuza ictimaiyyətə daha geniş məlumat vermək məsuliyyəti qoydu. Nəticədə biz “RabitəBank”dan fərqli olaraq ictimaiyyət və mətbuatla problemi olan qurum deyilik.

Odur ki, əziz oxucular, hörmətli bank sektoru, ekrana yaxın əyləşin!

Biz mətbu orqanıq. Vəzifə və öhdəliklərimizi yaxşı bilir və buna bütünlüklə əməl edirik. “RabitəBank” ASC – dən fərqli olaraq... Bilirik ki, əgər bir qurum haqda iddiaların varsa, rəhbərlik səviyyəsində informasiyaların varsa, əvvəlcə müvafiq quruma sorğu əsasında müraciət etməlisən. Qarşı tərəfin fikrini aldıqdan sonra materialı dərc edə bilərsən. Ümumiyyətlə, bizi oxuyanlar bilir ki, yazı siyasətimizdə bank sədrlərindən yazmırıq. Çünki biz şəxsləri yox, görülən işləri müzakirəyə çıxarıb, mühakiməyə veririk. Odur ki, sorğumuzu sözügedən banka göndərdik. Qaydalara görə, ünvan olaraq mətbuatla iş üzrə təyin olunan Aygün Məmmədlini seçdik.

Aradan xeyli vaxt keçməsinə baxmayaraq, cavab ala bilmədiyimizdən əlaqə saxlamağa çalışdıq. Zənglərə cavab verməyən marketinq menecerinə mesaj yazdıq. Mesajı oxuduqdan sonra sorğunu təkrar göndərməyimiz istəndi. Göndərdik. Bir həftə sonra “bildiriş göndərmək” məqsədiylə Aygün Məmmədli ilə əlaqə saxlamağa çalışdıq. Xanım Məmmədli tam olaraq hansı işi görür bilmirik. Amma mətbuatla işləmədiyi dəqiqdir. Ki, “qəbuluna düşmək” bu qədər çətindir. Ümumiyyətlə, Aygün Məmmədlidən “RabitəBank”ın sədrinin mətbuat katibliyi etdiyini də eşidəndən sonra qərar verdik ki, yəqin bankda bu adətdir: Heç kim təyinatı üzrə məsələlərə nəzarət etmir. Bəlkə elə buna görədir ki, hələ də mətbuatla işi tam olaraq hansı vəzifə sahibinin gördüyünü tapa bilməmişik və suallarımız cavabsızdır.

Onda hələ bankda bu qədər qarışıqlıq olduğunu bilmədiyimizdən və subardinasiya qaydalarını gözləməyi özümüzə borc bildiyimizdən İdarə Heyəti sədrinin 1-ci müavini, İdarə Heyətinin üzvü (Baş Satış İnzibatçısı) Orhan Gültəkinlə əlaqə yaratmaq istədik. Düşündük ki, mətbuatı bankın sədri Aydın Hüseynova mətbuat işlərinə baxdığını deyərək yönəldən marketinq meneceri səhv edib. Yanlışlığı aradan qaldıraq. Amma gedişatdan da anlayacağınız kimi “RabitəBank”da hamı “ağzına su alıb, oturub”. Deyəsən, bankda çox böyük, sirr olaraq saxlanılan məlumatlar çoxdur ki, “danışmaq qadağandır”.

Son olaraq, heç kimdən cavab ala bilmədiyimizdən sorğumuzu, eyni zamanda bütün prosesləri əvvəldən sona qədər yazdığımız məktubu bir neçə gündə məhşurlaşan, əslində isə adı ən sonda belə bu qədər hallanılmayacaq “RabitəBank”ın sədri Aydın Hüseynova ünvanladıq. Nəticəyə təəccüblənsək də, indi geriyə baxanda heç də təəccüblənəcək münasibət olmadığını görürük. Bəli, hər nə qədər mətbuata birbaşa nəzarət etdiyi deyilsə də, Aydın Hüseynov da susqunluğunu qorudu. Sədrə ünvanladığımız məktubda isə deyilirdi:

"Salam,
Hörmətli sədr, cənab Aydın Hüseynov!


“Rabitə Bank”ın ünvanına 23.01.2023 – cü il tarixində sizə də göndərdiyimiz əlavədəki sorğunu ünvanladıq. Bu gün artıq 1 aydan çox zaman keçmiş olsa da, sorğumuza cavab ala bilmədik. Bununla belə, bank əməkdaşlarının qeyri-professional yanaşma və davranışları ilə üzləşdik. Marketinq departamentindən Aygün Məmmədli mətbuatla bağlı məsələlərə birbaşa sizin nəzarət etdiyinizi dediyi üçün də müraciətimizi və şikayətimizi sizə ünvanlamaq istədik. Əməkdaşlarınızın qeyri – professionallığı ilə bağlı yaşananları qısaca nəzərinizə çatdırmaq istəyirik.

Belə ki, sorğunu göndərməzdən əvvəl maketinq şöbəsindən Aygün Məmmədli ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, bu cəhdlərimiz boşa çıxıb. Bundan sonra saytımızda “Rabitə Bank” haqqında arzuolunmaz yazılar dərc olunub. Təkrar danışıq cəhdlərimizə isə Aygün Məmmədli “Bizim bank haqqında istədiyiniz məlumatı yaza bilərsiniz. Bu bizi maraqlandırmır”, - deyə cavablar verib. Buna görə də bankınız haqqında arzuolunmaz yazıların sayı saytımızda daha da artmağa başlanıb. Daha sonra əməkdaşımız tərəfindən Aygün Məmmədliyə bankınızla əlaqədar sorğu göndərildi. Cavab gəlmədikdə mesaj vasitəsilə təkrar sorğuya cavab verilməsini xahiş etdik. Aygün Məmmədli sorğunu təkrar göndərməyimizi istədi. Yenə cavab verilmədi. Təkrar müraciət etdik. Zəngə cavab vermək tənəzzülü də göstərilmədi. Sırf bu hörmətsizliklərə görə müxbirlərimiz “Rabitə Bank”ın necə deyərlər, “bütün sandığını açıb pambığını tökdülər”.

Aygün Məmmədlinin “İstədiyiniz yazını da yaza bilərsiniz. Bizim üçün problem deyil. Mətbuat işlərinə də mən yox, Aydın Hüseynov baxır” deməsinin üzərinə yenidən zəng vursaq da, telefona cavab verilmədi.

Bütün bu hörmətsizliklərin fonunda sorğuya cavab verməyiniz üçün əməkdaşlarınızın yönləndirməsiylə sizə müraciət edirik və bankla bağlı gedəcək yazıların məsuliyyətini də birbaşa sizin əməkdaşların boynuna qoyuruq. Çünki hər şeyin, cavab verməməyin belə bir ədəb, etik qaydası var. Biz istərdik ki, digər banklarla olduğu kimi “Rabitə Bank”la da normal əlaqələrimiz olsun. Bankın reklam xarakterli məhsullarını və ya əvvəlcədən razılaşdırılmış mövzularda müsahibələrini (təmənnasız) saytımızda yayımlayaq. Müxtəlif məsul şəxslərin müsahibəsi ilə əlaqələrimizi əvvəlki qaydaya sala biləcəyimizə ümid edirik".

Sonda banka təklif edirik ki, “RabitəBank” ASC, adındakı ASC – ni ləğv etsin. Çünki “RabitəBank” Açıq Səhmdar Cəmiyyətinin hansı cəmiyyət üçün necə açıq olduğunu deyə bilmərik, amma bu bizim cəmiyyət deyil. Bunu dəqiq deyə bilərik.

Əslində haqq itirməmək üçün Aygün Məmmədlinin 9 bəndlik sorğumuza verdiyi ümumiləşdirilmiş bir cavabı xatırladıq: “Bizim haqqımızda istədiyinizi yaza bilərsiniz. Bizim üçün problem deyil”.

Sizin üçün problem nədir bilmirik. Amma bizim üçün hörmətsizlik çox böyük problemdir...

  • Əvvəlki

    Banklarımıza nəzarət edən qocamanlar

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0