USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank”ın - İTKİLƏRİ

16.11.2023 Problemli Banklar
0 0
“Yapı Kredi Bank” (Azərbaycan) 2023-cü ilin 3-cü rübünü ciddi azalmalarla başa vurub.

Kommersant.az xəbər verir ki, “Qoç Bank”ın aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 21 milyon 328 min manat və ya 4.42 faiz azalaraq 460 milyon 599 min manata düşüb. Bu azalmanın əsas səbəbi bankdakı nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcminin 34 milyon 873 min manat azalmasıdır. Hətta aktivlər cəmində digər azalmaları da nəzərə alsaq, bankın müştərilərinə verdiyi kreditlərin 20 milyon 317 min manat artması cəmi aktivlərin artmasına köməklik göstərə bilməyib. Bankın müştərilərinə verdiyi kreditlərin artmasında ən böyük pay istehlak kreditlərinin üzərinə düşüb. Belə ki, “Qoç Bank”ın istehlak kreditləri ötən ilin sonu ilə müqayisədə 14 milyon 643 min manat və ya 32.31 faiz artaraq 59 milyon 950 min manata yüksəlib. Bankın biznes kreditləri isə 2 milyon 296 min manat azalaraq 166 milyon 869 min manata enib. Bundan başqa bankın daşınmaz əmlaka verdiyi kreditlər 7 milyon 971 min manat artaraq 30 milyon 442 min manata yüksəlib.

“Yapı Kredi Bank” (Azərbaycan) mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 554 min manat və ya 17.15 faiz azaldaraq 30 milyon 442 min manata endirib. Nəticədə bankın xalis kreditləri 225 milyon 600 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 26 milyon 871 min manat çoxdur.

“Qoç Bank”ın öhdəliklər cəmi də ötən ilin son rübü ilə müqayisədə 32 milyon 161 min manat və ya 8.08 faiz azalaraq 365 milyon 691 min manata enib. Bu azalmada əsas pay depozit portfelinin üstünə düşüb.

Biznesmenlər bankdakı əmanətlərinin 36 milyon 945 min manatını və ya 13.04 faizni geri çəkərək sözügedən depoziti 246 milyon 141 min manata endirib. Həmçinin fiziki şəxslər də bankdakı əmanətlərinin 688 min manatını və ya 0.82 faizini geri çəkərək depozirlərini 80 milyon 63 min manata endirib. Nəticədə bankın depozit portfeli 37 milyon 653 min manat və ya 10.34 faiz azalaraq 326 milyon 204 min manata düşüb.

Səhmdar kapitalını artırmayan “Qoç Bank”ın kapital cəmi 10 milyon 834 min manat və ya 12.88 faiz artaraq 94 milyon 908 min manata yüksəlib. Bunun əsas səbəbi bölüşdürülməmiş mənfəətin 9 milyon 914 min manat və ya 39.08 faiz artaraq 35 milyon 278 min manata yüksəlməsidir. Bundan başqa bankın ümumi ehtiyatları 920 min manat artaraq 4 milyon 249 min manata bərabərləşib.

Yapı Kredi Bank

2023 (III Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

460.599

481.927

-21.328

Kredit

257.262

236.945

20.317

İstehlak kreditləri

59.950

45.307

14.643

Biznes kreditləri

166.869

169.165

-2.296

Daşınmaz əmlak kreditləri

30.442

22.471

7.971

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

31.661

38.215

-6.554

Xalis Kreditlər

225.600

198.729

26.871

Cəmi Öhdəliklər

365.691

397.852

-32.161

Depozit

326.204

363.857

-37.653

Fiziki şəxslərin depozitləri

80.063

80.751

-688

Hüquqi şəxslərin depozitləri

246.141

283.106

-36.945

Cəmi Kapital

94.908

84.074

10.834

Səhmdar kapitalı

55.380

55.380

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

35.278

25.364

9.914

Ümumi ehtiyatlar

4.249

3.329

920

“Yapı Kredi Bank”ın faiz gəliri 8 milyon 767 min manat artaraq 27 milyon 300 min manata, faiz xərcləri isə 199 min manat artaraq 1 milyon 713 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 8 milyon 567 min manat artaraq 25 milyon 586 min manat olub.

“Qoç Bank”ın qeyri-faiz gəliri 2 milyon 916 min manat artaraq 16 milyon 309 min manata, qeyri-faiz xərcləri isə 4 milyon 748 min manat artaraq 27 milyon 529 min manata çatıb. Yekunda bank 14 milyon 366 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 6 milyon 735 min manat çoxdur.

Əldə olunan əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 1 milyon 309 min manat, mənfəət vergisinə isə 2 milyon 964 min manat ödəndiyi üçün “Qoç Bank”ın xalis mənfəəti 10 milyon 93 min manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9 milyon 702 min manat çoxdur.

Bankın aktivlərinin gəlirliyi (ROA) 2.11 faiz artaraq 2.19 faizə, kapitalının gəlirliyi isə 10.17% artaraq 10.63 faizə yüksəlib.

Qeyd edək ki, bankın məcmu kapitalı 10 milyon 566 min manat artaraq 85 milyon 686 min manata yüksəlib.

Yapı Kredi Bank

2023 (III Rüb)

2022 (III Rüb)

Fərq

Faiz Gəliri

27.300

18.533

8.767

Faiz Xərci

1.713

1.514

199

Xalis Faiz Gəliri/Zərəri

25.586

17.019

8.567

Qeyri-Faiz Gəliri

16.309

13.393

2.916

Qeyri-Faiz Xərci

27.529

22.781

4.748

Əməliyyat Mənfəəti (Zərəri)

14.366

7.631

6.735

Xalis Mənfəət (Zərər)

10.093

391

9.702

Məcmu Kapital

85.686

75.120

10.566

ROA

2.19%

0.08%

2.11%

ROE

10.63%

0.46%

10.17%

  • Əvvəlki

    NASA ilə Mars arasında əlaqə kəsilib

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0