Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, hər zaman onlara ən əlverişli şərtlərlə kredit təklif edən dövlət bankı Azər Türk Bank 01 fevral tarixindən növbəti endirim kampaniyasına başlayır.
15 fevral tarixinədək davam edəcək bu kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən şəxslərə bank tərəfindən güzəştlər təklif olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 1%-dən 3%-dək endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaqdır.
Kreditin müddəti
Mövcud faiz dərəcəsi
Kampaniya üzrə faiz dərəcəsi
12 ay
24 ay
36 ay
Həmçinin bu kampaniyada plastik kart əldə etmək istəyən müştərilər üçün də əhəmiyyətli güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, kampaniya müddətində Azər Türk Banka müraciət edənlər, xüsusi imkan və üstünlüklərə malik VISA / MasterCard Gold və VISA / MasterCard Platinum kartlarını 75 faiz endirimlə əldə edəcəklər.
Kartınnövü
Müddət
Tarifqiyməti
Kampaniyaüzrəqiymət
VISA/MC Gold
1 illik
30.00 ₼
7.50 ₼
2 illik
45.00 ₼
11.25 ₼
3 illik
60.00 ₼
15.00 ₼
VISA/MC Platinium
1 illik
50.00 ₼
12.50 ₼
2 illik
75.00 ₼
18.75 ₼
3 illik
100.00 ₼
25.00 ₼
Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ ünvanına daxil olaraq onlayn sifariş vermək olar. Sifarişüç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.