USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank “Summer Challenge 2022” təlim proqramını elan edir

14.06.2022 Sərfəli Banklar
0 0
Yelo Bank bacarıqlı və parlaq peşakarlara üstünlük verdiyi kimi, istedadlı, amma təcrübəsi olmayan gəncləri də düşünərək onlar üçün karyera imkanları yaratmağa çalışır. Bu məqsədlə gələcək karyerasını bank sahəsində qurmaq istəyən 3-cü və 4-cü kurs tələbələri üçün “Summer Challenge 2022” Yay Təlim proqramına start verilir.

Tələbələr müasir Agile metodologiyasının tətbiq edildiyi mühitə düşərək yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı, proqramını uğurla başa vurduqdan sonra Bankda iş imkanı da əldə edə biləcəklər. Namizədlər aşağıdakı keyfiyyətlərə görə dəyərləndiriləcəklər:

– Ünsiyyət qurma bacarıqları;

– Pozitiv və kreativ düşüncə;

– Vaxtını düzgün idarə etmək;

– Analitik və tənqidi düşüncə;

– Komandada işləmək bacarığı.

İş həyatına bank sahəsində başlamaq istəyən gənclər 21 iyun tarixinədək müraciət edə bilər. Qeydiyyatdan keçmək üçün: https://s.surveyplanet.com/614z18fg

Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Proqrama qoşularaq karyera imkanlarından faydalana və Yelo ailəsinin üzvü ola bilərsiniz!

Bank xidmətləri (kredit pul, kart, əmanət və s.) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

  • Əvvəlki

    Yanvar-aprel aylarında İsraildən Türkiyəyə 5 milyon tondan çox yük daşınıb - Nazirlik

Digər xəbərlər