USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank “SIBOS 2022” beynəlxalq konfransda iştirak edir

12.10.2022 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bank bu il Amsterdam şəhərində keçirilən “SIBOS 2022” Maliyyə Sənayesi sərgi-konfransında ənənəvi olaraq yer alır.

Bu il tədbirin mövzusu “Dəyişən dünya üçün proqressiv maliyyə” oldu. Ümumilikdə konfransda 250-dən çox beynəlxalq spiker rəqəmsal mühitdən faydalanmaq və qeyri-sabit dövrlərdə uğur qazanmaq imkanları, davamlılığın təmin edilməsi, etika və maliyyə sahəsində dünyada aktual mövzuları müzakirə edir.

Dünya miqyaslı belə bir konfransda Azər Türk Bank da iştirak edib. Konfransda bankın nümayəndələri onlarla işgüzar görüşlər keçirir və Azərbaycan bank sektorunda baş verən yeniliklər, islahatlar barəsində məlumatlar verirlər.

1978-ci ildə bank əməliyyatları seminarı kimi başlayan tədbir qlobal maliyyə ictimaiyyəti üçün qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi və ticarət sahələrində müzakirələr və qarşılıqlı əməkdaşlıqların yaranması üçün əsas biznes foruma çevrildi.

Qeyd edək ki, Avropanın və Amerikanın aparıcı bankları ilə Azər Türk Bankın müxbir əlaqələri var.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

  • Əvvəlki

    ABŞ yaxın həftələrdə Ukraynaya $4.5 milyardlıq yardım ayıracaq

Digər xəbərlər