USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank daha iki rəqəmsal filialını istifadəyə verdi

24.10.2022 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bank xidmət şəbəkəsini genişləndirməkdə davam edir.

Bank “Rəqəmsal 7”“Rəqəmsal 8” adlanan filiallarını müştərilərinin ixtiyarına verdi.

Müasir tipli bu yeni ofislər paytaxtın Yasamal rayonu ərazisində, "Caspian Business Center" ilə üzbəüz, C.Cabbarlı və M.Naxçıvani küçələrinin kəsişməsində və Xətai rayonunda, “Xətai” metro stansiyası ilə qarşı-qarşıya, Xocalı prospekti, 32 ünvanda yerləşir.

Bankın digər rəqəmsal ofislərində olduğu kimi, bu filiallarda da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur, müştərilərə kreditlərödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.

Qeyd edək ki, Azər Türk Bank bu il ərzində dörd, ümumən son dövrdə səkkiz innovativ filialını müştərilərin ixtiyarına verib.

Bankın qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, ən müasir sistemləri, xidmət və məhsulları təqdim etməyə imkan verir.

Bank öz fəaliyyətini günün tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırmaqla müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində işlərini davam etdirir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

  • Əvvəlki

    İlham Əliyev və İrakli Qaribaşvili “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar

Digər xəbərlər