USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank" aktivlərini 25%-dən çox artırıb

24.01.2023 Sərfəli Banklar
14 0
“AccessBank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın aktivlər cəmi 2022-ci ilin sonunda 1 milyard 168 milyon 855 min manat olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 236 milyon 705 min manat və ya 25.3% çoxdur.

Kommersant.az xəbər verir ki, “AccessBank”ın aktivlər cəminin artmasında ən önəmli səbəb bankın kredit portfelinin artmasındadır. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 1 il ərzində 181 milyon 73 min manat və ya 28.6% artaraq 813 milyon 549 min manata yüksəlib.

Portfelin artmasında ən böyük paya biznes kreditləri sahib olub. Belə ki, bankın biznes kreditləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 94 milyon 648 min manat və ya 17.5% artaraq 634 milyon 17 min manata çatıb.

Daşınmaz əmlak kreditlərini 1 milyon 569 min manat azaldan “AccessBank”ın istehlak kreditləri 1 il ərzində 87 milyon 994 min manat artaraq 174 milyon 215 min manata bərabərləşib.

Bütün bunların cəmində isə bankın aktivlər cəmi 25.3% artraraq 1 milyard 168 milyon 855 min manat olub.

AccessBank

2022 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivləri

1.168.855

932.150

236.705

Kredit Portfeli

813.549

632.476

181.073

İstehlak kreditləri

174.215

86.221

87.994

Biznes Kreditləri

634.017

539.369

94.648

Daşınmaz əmlak kreditləri

5.317

6.886

-1.569