USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika”da əhalinin əmanətləri artıb

25.01.2023 Sərfəli Banklar
18 4
“Bank Respublika”nın cəmi öhdəlikləri 2022-ci ilin son rübündə 1 milyard 466 milyon 405 min manat olub ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 334 miyon 580 min manat və ya 29.5% çoxdur.

Kommersant.az xəbər verir ki, bankın öhdəliklər cəmində əsas artım depozit portfelinin payına düşüb. Belə ki, bankın depozit portfeli 1 il ərzində 164 milyon 328 min manat və ya 20.5% artaraq 965 milyon 893 min manata yüksəlib.

Portfelin artımına fiziki şəxslərin depozitləri böyük təkan verib. Belə ki, fiziki şəxslərin bankdakı əmanəti 150 milyon 553 min manat və ya 36.8% artaraq 558 milyon 963 min manata yüksəlib.

“Bank Respublika”da hüquqi şəxslərin əmanətləri isə 13 milyon 776 min manat və ya 0.3% artaraq 406 milyon 930 min manata bərabər olub.

Bank Respublika

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Öhdəliklər

1.466.405

1.131.825

334.580

Depozit

965.893

801.565

164.328

Fiziki şəxslərin depozitləri

558.963

408.410

150.553

Hüquqi şəxslərin depozitləri

406.930

393.154

13.776