USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank" xalis mənfəətini 13 dəfəyə yaxın artırıb - HESABAT

26.01.2023 Sərfəli Banklar
14 0
“AccessBank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 13 milyon 931 min manat və ya 12.6 dəfə artaraq 15 milyon 37 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, “AccessBank”ın aktivlər cəmi 236 milyon 705 min manat və ya 25.3% artaraq 1 milyard 168 milyon 855 min manata çatıb. Artımda ən böyük pay isə kredit portfelinin üstünə düşüb. Belə ki, “AccessBank” 2022-ci ilin sonunda portfelini 181 milyon 73 min manat və ya 28.6% artıraraq 813 milyon 549 min manata yüksəldib.

Portfelin artmasına səbəb bankın istehlak və biznes kreditlərinin yüksəlməsidir. Bankın istehlak kreditləri 87 milyon 994 min manat artaraq 174 milyon 215 min manata çatıb. Bundan başqa bankın biznes kreditləri 634 milyon 17 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94 milyon 648 min manat çoxdur. “AccessBank”ın daşınmaz əmlaklara verdiyi kreditlər isə 1 milyon 569 min manat və ya 22.8% azalaraq 5 milyon 317 min manata enib.

ÖHDƏLİKLƏR CƏMİNDƏ 25%-DƏN ÇOX ARTIM

Bankın cəmi öhdəlikləri 1 il ərzində 213 milyon 350 min manat və ya 25.3% artaraq 1 milyard 56 milyon 93 min manata çatıb. Bu artımda ən böyük pay depozit portfelinin üstünə düşüb. Belə ki, bankın depozit portfeli 170 milyon 226 min manat və ya 24.7% artaraq 860 milyon 54 miin manata bərabərləşib. Portfelinin böyümə səbəbi bankda fiziki şəxslərin əmanətlərinin aartmasıdır. Fiziki şəxslərin əmanətləri 2021-ci ilin sonu ilə müqayisədə 161 milyon 40 min manat və ya 28.9% artaraq 719 milyon 13 min manat artıb. Hüquqi şəxslərin əmanətləri isə 9 milyon 186 min manat və ya 0.7% çoxalaraq 141 milyon 41 min manata bərabərləşib.

CƏMİ KAPİTALI 23 MİLYONDAN MANATDAN ÇOX YÜKSƏLİB

“AccessBank” cəmi kapitalını 1 il ərzində 23 milyon 355 min manat və ya 26.1% çoxaldaraq 112 milyon 762 min manata çatdırıb. Bankın səhmdar kapitalı 11 milyon 389 min manat və ya 0.4% artaraq 270 milyon 107 min manata yüksəlib. Bölüşdürülməmiş zərəri isə 10 milyon 325 min manat azalaraq 165 milyon 222 min manat olub.

Bank ümumi ehtiyatlarına 7 milyon 877 min manat ayırıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 641 min manat və ya 26.3% çoxdur.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ ARTIB

Sözügedən bankın faiz gəliri 1 il ərzində 39 milyon 502 min manat və ya 39% artaraq 140 milyon 555 min manata bərabər olub. Faiz xərclərini də 9 milyon 615 min manat və ya 20.2% artıraraq 56 milyon 981 min manat edib. Nəticədə bankın xalis faiz gəliri 83 milyon 574 min manat olub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 29 milyon 887 min manat və ya 55.7% çoxdur.

Qeyri-faiz gəlirini 2 milyon 169 min manat və ya 19.9% artıraraq 13 milyon 78 min manata, qeyri-faiz xərclərini isə 8 milyon 986 min manat və ya 14.1% artıraraq 72 milyon 318 min manata çatdırması “AccessBank”ın əməliyyat mənfəəti əldə etməsinə səbəb olub. Belə ki, bankın sözügedən mənfəəti 24 milyon 334 min manata bərabər olub. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 23 milyon 70 min manat və ya 18.2 dəfə çoxdur.

Bankın məcmu kapitalı 1 il ərzində 26.9% və ya 21 milyon 464 min manat artaraq 101 milyon 130 min manata çatıb.

AccessBank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.168.855

932.150

236.705

Kredit

813.549

632.476

181.073

İstehlak kreditləri

174.215

86.221

87.994

Biznes kreditləri

634.017

539.369

94.648

Daşınmaz əmlak kreditləri

5.317

6.886

-1.569

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

-33.980

-40.078

6.098

Xalis Kreditlər

813.549

632. 476

181.073

Cəmi Öhdəliklər

1.056.093

842.743

213.350

Depozit

860.054

689.828

170.226

Fiziki şəxslərin depozitləri

719.013

557.973

161.040

Hüquqi şəxslərin depozitləri

141.041

131.855

9.186

Cəmi Kapital

112.762

89.407

23.355

Səhmdar kapitalı

270.107

258.718

11.389

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

-165.222

-175.547

10.325

Ümumi ehtiyatlar

7.877

6.236

1.641

Faiz Gəliri

140.555

101.053

39.502

Faiz Xərci

56.981

47.366

9.615

Xalis Faiz Gəliri/Zərəri

83.574

53.687

29.887

Qeyri-Faiz Gəliri

13.078

10.909

2.169

Qeyri-Faiz Xərci

72.318

63.332

8.986

Əməliyyat Mənfəəti (Zərəri)

24.334

1.264

23.070

Xalis Mənfəət (Zərər)

15.037

1.106

13.931

Məcmu Kapital

101.130

79.666

21.464