USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yelo Bank"a əmanət yerləşdirənlərin sayı 62.3% artıb - HESABAT

25.01.2023 Sərfəli Banklar
19 1
“Yelo Bank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti 1.4 dəfə artaraq 673 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, “Yelo Bank”ın aktivlər cəmi 287 milyon 814 min manat və ya 53.9% artaraq 821 milyon 535 min manata çatıb. Bu yüksəlmənin 61.1%-ni kredit portfeli təşkil edib. Belə ki, sözügedən bankın kredit portfeli 175 milyon 911 min manat və ya 39.4% artaraq 621 milyon 948 min manata bərabər olub.

BİZNES KREDİTLƏRİNDƏ CİDDİ ARTIM

“Yelo Bank” biznes kreditlərini 137 milyon 339 min manat və ya 53% artıra bilib. Beləliklə bankın bzines kreditləri 2022-ci ilin sonunda 396 milyon manat olub. Bununla yanaşı “Yelo Bank”ın istehlak kreditləri 41 milyon 896 min manat və ya 37.5% artaraq 153 milyon 448 min manata çatıb.

Daşınmaz əmlak kreditləri isə 3 milyon 325 min manat 0.4% azalaraq 72 milyon 498 min manata enib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 milyon 186 min manat endirən bankın xalis kreditləri 178 milyon 96 min manat və ya 43.9% artaraq 583 milyon 351 min manaat yüksəlib.

ÖHDƏLİKLƏR CƏMİNDƏ 60.3% YÜKSƏLMƏ

“Yelo Bank” 2022-ci ilin sonunda 745 milyon 266 min manatlıq cəmi öhdəliyə sahib olub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 280 milyon 321 min manat və ya 60.3% çoxdur. Artımın 78.3%-i depozit portfelinin payına düşüb.

Bankın depozit portfeli 2021-ci ilin son rübü ilə müqayisədə 219 milyon 661 min manat və ya 62.3% artaraq 572 milyon 300 min manata çatıb. Nisbətə görə sözügedən portfeldə ən yüksək artım hüquqi şəxslərin depozitlərində olub. Belə ki, hüquqi əmanətləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 87 milyon 694 min manat və ya 1.8 dəfə artaraq 136 milyon 435 min manata bərabərləşib. Fiziki şəxslərin banka yerləşdirdiyi əmanətlər isə 1 il ərzində 131 milyon 996 min manat və ya 43.4% artaraq 435 milyon 864 min manatda qərarlaşıb.

Qeyd edək ki, bankın kapital cəmi 7 milyon 493 min manat və ya 1.1% artaraq 76 milyon 269 min manata çatıb.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ

“Yelo Bank”ın faiz gəliri 22 milyon 935 min manat və ya 36% artaraq 86 milyon 523 min manata, faiz xərcləri isə 13 milyon 67 min manat və ya 66.5% artaraq 32 milyon 693 min manata bərabərləşib. Nəticədə bankın xalis faiz gəliri 53 milyon 830 min manat olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9 milyon 869 min manat və ya 22.4% çoxdur.

Qeyri-faiz gəlirini 6 milyon 283 min manat və ya 1.7 dəfə artıraraq 9 milyon 871 min manata, qeyri-faiz xərclərini isə 13 milyon 887 min manat və ya 28.2% artıraraq 63 milyon 29 min manata yüksəltdiyinə görə bankın əməliyyat mənfəəti 673 min manat olub. Bu mənfəət isə 2021-ci ilin sonu ilə müqayisədə 2 milyon 265 min manat çoxdur.

Qeyd edək ki, “Yelo Bank”ın məxmu kapitalı 1 il ərzində 31 milyon 14 min amant və ya 49.7% artaraq 93 milyon 404 min manata bərabər olub.

Yelo Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

821.535

533.721

287.814

Kredit

621.948

446.037

175.911

İstehlak kreditləri

153.448

111.552

41.896

Biznes kreditləri

396.001

258.662

137.339

Daşınmaz əmlak kreditləri

72.498

75.823

-3.325

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

38.596

40.782

-2.186

Xalis Kreditlər

583.351

405.255

178.096

Cəmi Öhdəliklər

745.266

464.945

280.321

Depozit

572.300

352.639

219.661

Fiziki şəxslərin depozitləri

435.864

303.898

131.996

Hüquqi şəxslərin depozitləri

136.435

48.741

87.694

Cəmi Kapital

76.269

68.776

7.493

Səhmdar kapitalı

378.000

378.000

0

Bölüşdürülməmiş mənfəət

309.013

314.244

-5.231

Ümumi ehtiyatlar

6.881

4.619

2.262

Faiz Gəliri

86.523

63.588

22.935

Faiz Xərci

32.693

19.626

13.067

Xalis Faiz Gəliri/Zərəri

53.830

43.961

9.869

Qeyri-Faiz Gəliri

9.871

3.588

6.283

Qeyri-Faiz Xərci

63.029

49.142

13.887

Əməliyyat Mənfəəti (Zərəri)

673

-1.592

2.265

Xalis Mənfəət (Zərər)

5.228

11.733

-6.505

Məcmu Kapital

93.404

62.390

31.014