USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika 6 nominasiya üzrə qalib seçildi!

09.03.2023 Sərfəli Banklar
8 0
Ötən həftə Azərbaycan Banklar Assosiasiyası ənənəvi “Bankçılıq Mükafatları” adlı tədbir keçirib və ölkə banklarını 2022-ci ildəki fəaliyyətinə görə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görüb. Bank Respublika ötən illərdə olduğu kimi, bu il də ən çox mükafat qazanan banklardan biri olub.

Bankın 2022-ci ildə həyata keçirdiyi sosial layihələrin hamısı yüksək qiymətləndirilib və bütün nominasiyalar üzrə qalib seçilərək 6 mükafat qazanıb:

Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank; Ən fəal maliyyə savadlılığı dəstəkçisi; Ən fəal təhsil dəstəkçisi; Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ən fəal bank; Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank; Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri həyata keçirən ən fəal bank.

Qeyd edək ki, Bank Respublika ötən il korporativ sosial məsuliyyət proqramı çərçivəsində bir çox layihələr həyata keçirib:

Bundan başqa, Bank Respublika ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə dünyada ilk dəfə olaraq Wolt kobrend kartını buraxmışdır. Bank həmçinin, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə sosial şəbəkələrdə və radioda rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri reallaşdırıb.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.